Yasamalda bir neçə qəbul keçirilib - Fotolar

yasamalda-bir-nece-qebul-kecirilib
Oxunma sayı: 1056

Cari ay ərzində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayon sakinləri ilə silsilə görüş və qəbullar keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu görüşlər həm rayonun müxtəlif ərazilərində, həm də Yasamal RİH-in inzibati binasında baş tutub.

İcra Başçısı Elşad Həsənov bütün bu görüş və qəbulların Prezident İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsi barədə tapşırığına uyğun olaraq keçirildiyini vurğulayıb.

Aprel ayı ərzində baş tutan görüşlər və qəbullarda ümumilikdə yüzlərlə rayon sakini iştirak edib. Hər görüş orta hesabla iki- üç saat davam edib. Növbə ilə söz alan və açıq mikrafon formatında baş tutan bu görüşlərdə Yasamal rayonunun sakinləri onları narahat edən sosial, şəhərsalma, yol infartrukturu, inşaat və digər məsələlər qaldırblar, İcra Başçısına istədikləri sualları veriblər.

Yasamal rayonunda keçirilən görüş və qəbullar səmimi mühitdə, bütün problemlərin açıq şəkildə müzakirəsi şəraitində baş tutub.Ay ərzində keçirilən bu görüşlərdə müxtəlif mövzular qaldırılıb, o cümlədən mənzil növbəsi, mənzil-məişət şəraitnin yaxşılaşdırılması və tikinti, qurumuş agacların budanması, sosial yardım, istismar müddəti bitmiş köhnə binaların sökülməsi və yeni, müasir binaların tikintisi və digər məsələlərlə bağlı öz təklif, şikayət və fikirlərini bildiriblər.

Görüşlərdə qaldırlan problemlərinin aradan qaldırılmasına dair RİH, MKTB və rayonda fəaliyyət göstərən xidmət və qurum rəhbərlərinə konkert göstərişlər verilib. Qəbul zamanı bir sıra məsələlər yerindəcə həll edilib, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülüb.