Yasamal rayonunda daha bir ərazinin abadlaşdırılması üzrə işlərə başlanılır.
Bununla əlaqədar Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin üzvü Elnur Allahverdiyev Nəriman Nərimanov prospektində abadlaşdırılacaq məhəlləyə baxış keçiriblər.
Burada aparılacaq yenidənqurma işləri zamanı ərazidə nümunəvi həyətin yaradılması nəzərdə tutulur. Ərazinin ekoloji mühiti sağlamlaşdırılacaq, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün əlverişli şərait yaradılacaq.
E. Həsənov yerli sakinlərlə söhbət edib, onları layihə barədə məlumatlandırıb və təkliflərini dinləyib. Yasamal rayon İcra Hakimiyyətinin başçısı layihənin həyata keçirilməsi ilə əlaqədar öz tapşırıq və tövsiyyələrini verib.
Bildirilib ki, ərazidə vaxtilə özbaşına zəbt edilmiş, müxtəlif təyinatlı qanunsuz tikililər sökülüb, çəpərlərdən azad edilib, təmizlik işləri aparılıb. Burada uşaq əyləncə meydançaları, oturacaqlar, işıq dirəklərinin quraşdırılması, yolların təzələnməsi, həmçinin ağaclar və kolların əkilməsi nəzərdə tutulur.



Son xəbərlər
Son Xəbərlər