Yasamalda dezinfeksiyaedici tədbirlər davam etdirilir - Fotolar

yasamalda-dezinfeksiyaedici-tedbirler-davam-etdirilir
Oxunma sayı: 1485

Bakının Yasamal rayonunda koronavirusa yoluxma hallarına yol verilməməsi məqsədilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam edir.

"Qafqazinfo" xəbər verir ki, hazırda Yasamal rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin əmakdaşları tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin daha çox ərazini əhatə etməsi üçün öz səylərini səfərbər ediblər. Tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həm MKTB-nin balansında olan, həm də koperativ binalarda həyata keçirilir.

Bu günə kimi aparılmış təxirəsalınmaz sanitar-dezinfeksiya tədbirlər çərçivəsində rayon ərazisindəki küçə və parklarda, həmçinin idarə, müəssisə və təhsil obyektlərində tibbi-profilaktiki işlər aparılmışdır. Yasamal rayonu MKTB-nin balansında olan 1000-dən yaşayış binasında və bitişik ərazilərdə, habelə 300-dən şox zibil meydançasında və zibil konteynerlərində dezinfeksiya işləri həyata keçirilib. Tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər Yasamal rayonundakı onlarla koperativ binanı da əhatə edib.

Yasamal rayonu İH-də mənzil kommunal və xidmət sahələri rəhbərlərinin iştirakı ilə keçirilmiş müşavirədə tibbi-profilaktik işlərin daha çox ərazini əhatə etməsi üçün tədbirlər planı müəyyən olunmuşdu.Eyni zamanda, aparılan işlərin səmərəliyini artırmaq məqsədilə müxtəlif idarə və qurumlar arasında əlaqələndirmə işləri də müzakirə edilmişdi.

Yasamal rayonu ərazisində dezinfekasiya işlərinin aparılması üçün müvafiq tədbirlərin icrası davam edir.