“Qafqazinfo” xəbər verir ki, hadisə Yasamalda, Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb. Kafe-çayxana tipli obyektdə başlanan alov yaxınlıqdakı mağazaya da keçib.
Məlumata görə, yanğın başlayan anda bir nəfər özünü hündürlükdən aşağı atıb. Həmin adamın xəsarət aldığı deyilir.
Alovun əhatə dairəsi genişləndikcə yanğınsöndürənlər onu söndürməkdə çətinlik çəkirlər.
Ətraflı məlumat veriləcək.
***
Gecə Yasamal rayonu ərazisində baş verən yanğında bir nəfər həlak olub.
“Qafqazinfo” xəbər verir ki, Şərifzadə küçəsində yerləşən çayxanadkı yanğında Şöhrət Xanbabayev həlak olub. O, yanğın baş verən zaman içəridə olub və pəncərədən çıxıb xilas olmağa çalışan zaman şüşələr ayaqlarını doğrayıb. 22 yaşlı gənc qanitirmədən dünyasını dəyişib.
Son xəbərlər
Son Xəbərlər