Yasamalda abadlıq işləri yeni vüsət alır. Avqustun 7-də Yasamal rayonunun 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, hesabat iclasında Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov məruzə ilə çıxış edib. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 2019-cu ilin birinci yarısında Yasamal rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri, o cümlədən “Təzəpir” məscidinin qarşısında və Füzuli küçəsi boyunca salınmış Mərkəzi Parkın açılışı, 200 yerlik 11 saylı körpələr evi-uşaq bağçasının istifadəyə verilməsi və s. barədə iclas iştirakçılarına ətraflı məlumat verib.
Hesabat məruzəsində Yasamal rayonunun müsbət iqtisadi göstəriciləri təhlil olunub, prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrini rəhbər tutaraq Yasamal rayon İcra Hakimiyyəti tərəfindən rayon sakinlərinin sosial problemlərinin əsaslı surətdə aradan qaldırılması ilə eyni zamanda məşğulluq məsələlərinin müsbət həllinin prioritet vəzifələrdən biri kimi diqqət mərkəzində saxlanılması, yaşayış məhəllələrinin abadlaşdırılması,
həmçinin, cari ildə rayon ərazisində 20 abad məhəllənin yaradılması, mənzil fondunun qorunub-saxlanılması, “Pilot” layihə çərçivəsində yaşayış evlərinin tikintisi, “Sovetski” adlanan ərazidən sakinlərin köçürülməsinin növbəti mərhələsinin icrası, Şəfaət Mehdiyev küçəsinin genişləndirilməsi və s. istiqamətdə işlərin davam etdirilməsi qeyd olunub.

Son xəbərlər
Son Xəbərlər