Yasamal Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev və Azərbaycanın müstəqillik məfkurəsi” mövzusunda videokonfrans keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev 20-ci əsrin ikinci yarısı və 21-ci əsrin əvvələrində Azərbaycanda böyük tarix yazıb.
Bildirilib ki, 90-cı illərin birinci yarısında Heydər Əliyev Azərbaycanı dağılmaqdan xilas edib və erməni təcavüzünü dayandırıb. 2020-ci ildə isə Prezident İlham Əliyev Qarabağda erməni ordusunu məhv edib, Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur edib, Azərbaycanın ərazi bütövlüyünü bərpa edib.
Videokonfransda çıxış edən millət vəkilləri Elnur Allahverdiyev, Səbinə Xasayeva, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov, Yasamal rayon Ağsaqqallar şurasının üzvü Nürəddin Mehdixanlı və digər natiqlər Ulu Öndərin müxtəlif sahələrdə Azərbaycan xalqına və dövlətinə verdiyi töhfələrdən söz açıblar.




Son xəbərlər
Son Xəbərlər