Bakının Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu səbəbdən Mətbuat prospekti və A.M.Şərifzadə küçələrində bəzi işıqforların işində fasilə yaranıb.
İşıqforların işləməməsi isə ərazidə tıxacın yaranmasına səbəb olub.
BNA-dan saytımıza bildirilib ki, hazırda müvafiq qurum tərəfindən elektrik enerjisi verilişinin bərpası ilə bağlı iş aparılır:
“Bunu nəzərə alaraq sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur”.
Foto: Samir Əli
Son xəbərlər
Son Xəbərlər