Yasamalda kişini bıçaqladılar

yasamalda-kisini-bicaqladilar
Oxunma sayı: 1154

Bakıda 38 yaşlı kişi metronun yaxınlığında bıçaqlanıb.

“Qafqazinfo” Region TV-yə istinadən hadisə Yasamal rayonunun Şərifzadə küçəsində İnşaatçılar metrosunun yaxınlığında baş verib. 38 yaşlı Anar Müseyibov tanımadığı şəxslər tərəfindən bıçaqlanıb.Yaralı hadisə şahidlərinin çağırdığı Təcili Tibbi Yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Anar Müseyibov dərhal əməliyyat olunub. Həkimlər onun həyatı üçün təhlükə olmadığını bildiriblər.
Xəstəxanadan hadisə barədə Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinə məlumat verilib. Polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat axtraı tədbirlərini davam etdirir. Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar davam edir.