Yasamalda markete girib 9 minlik içkini sındırdı - Video

yasamalda-markete-girib-9-minlik-ickini-sindirdi
Oxunma sayı: 4376

Yasamal rayonu ərasizindəki marketə gəlmiş naməlum şəxs orada olan spirtli içkiləri qəsdən sındıraraq ticarət obyektinə 9 min manata yaxın ziyan vurub.

DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində başqasının əmlakını qəsdən məhv etməkdə şübhəli bilinən İkram Hüseynov saxlanılıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 186.1-ci  (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.