Yasamalda maşınla 7 yaşlı qızı vurub qaçdılar

yasamalda-masinla-7-yasli-qizi-vurub-qacdilar
Oxunma sayı: 698

Paytaxtda naməlum avtomobil 7 yaşlı qızı vurub.

“Qafqzinfo” Lent.az-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, V.Əliyev küçəsi 200 ünvanının qarşısında baş verib.

Nömrəsi və markası məlum olmayan avtomobil 2010-ci il təvəllüdlü Fatimə Çələbiyevanı vuraraq uzaqlaşıb. Azyaşlı Travmatologiya xəstəxanasına yerləşdirilib.

Hazırda qəzanı törədən sürücünün və avtomobilinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.