Yasamalda mikroavtobus qəzası

yasamalda-mikroavtobus-qezasi
Oxunma sayı: 1432

Bu gün günorta saatlarında Bakının Yasamal rayonundan 3-cü Kənar dairəvi yolla hərəkət edən iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” milli.az-a istinadən xəbər verir ki, "Sədərək" ticarət mərkəzinin yaxınlığında qeydə alınan hadisə zamanı "cip" tipli minik avtomobili ilə mikroavtobus toqquşub.

Hadisə nəticəsində "cip"in sürücüsü yüngül xəsarət alıb. Hər iki avtomobilə ziyan dəyib.

Hadisə şahidlərinin sözlərinə görə, qəza "cip"in ötmə əməliyyatını yerinə yetirərkən arxadan mikroavtobusa dəyməsi nəticəsində yaranıb.

Faktla bağlı yol polisi tərəfindən araşdırma aparılır.