Yasamalda narkomaniya ilə mübarizəyə həsr edilmiş tədbir keçirilib - Fotolar

yasamalda-narkomaniya-ile-mubarizeye-hesr-edilmis-tedbir-kecirilib
Oxunma sayı: 1150

Bu gün Yasamal Rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Narkomaniya ilə mübarizə sağlam gələcəyin təminatıdır” mövzusunda seminar-müşavirə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdən öncə rayon gənclərinin “Narkomaniyaya-yox!” mövzusunda çəkdikləri rəsm işlərindən ibarət sərgi nümayiş etdirilib.

Xəbəri rus dilində oxuyun: Гиганты агротехнологий собрались в Баку - Фото+Видео

Seminar-müşavirədə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı  Elşad Həsənov “Narkomaniya ilə mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi” mövzusunda çıxış edərək bildirib ki, narkomaniyaya qarşı mübarizədə bütövlükdə cəmiyyətin bütün üzvləri birgə mübarizə aparmalıdırlar və ölkəmizdə narkomaniya ilə mübarizə hər zaman dövlətin prioritet sahəsidir. Dövlət səviyyəsində maarifləndirmə işləri, hüquq-mühafizə orqanlarının barışmaz fəaliyyəti, gənclər və idman sahəsinə xüsusi dövlət qayğısı narkomaniyanı məhdudlaşdırmağa imkan verir.

Elşad Həsənov bildirib ki, narkomaniya ilə mübarizə Yasamal rayonunda da uğurla aparılır. Rayonda müasir parklar salınıb, asudə mərkəzləri yaradılıb, yeni futbol meydançaları istifadəyə verilib, əhalinin məşğulluq problemi tədricən həll edilir. Bir sözlə, sosial məsələlərin həlli narkomaniyanın qarşısını kəsir.