Yasamalda Novruz bayramı təntənəli şəkildə qeyd olundu - Fotolar

yasamalda-novruz-bayrami-tenteneli-sekilde-qeyd-olundu
Oxunma sayı: 2295

Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Hüseyn Cavid parkında rayon sakinlərinin iştirakı ilə Novruz bayramı təntənəli şəkildə qeyd edilib.

RİH-dən “Qafqazinfo”ya verilən məlumata görə, Novruz şənliyinə qatılan icra başçısı Elşad Həsənov yerli sakinləri təbrik edib, onlarla bayramlaşıb.

Bayram şənliyində bildirilib ki, xalqımızın gözəl adət-ənənələrini özündə yaşadan bu bayram ənənəvi olaraq xüsusi təmtəraqla, özünəməxsus adət-ənənələrlə qeyd edilir. Novruz bayramının dövlət tərəfindən yüksək səviyyədə qeyd olunması ənənəsi isə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün bu gözəl ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Şən və yaddaqalan bədii proqramla çıxış edən incəsənət ustaları şəhərimizin ən gözəl istirahət məkanlarından olan Hüseyn Cavid parkını bayram ovqatı ilə bəzəyib. Novruzun əsas simalarından olan kosa və keçəlin zarafatları, milli geyimli oğlan və qızların rəqsi və incəsənət xadimlərinin konserti vətəndaşlar tərəfindən xüsusi rəğbətlə qarşılanıb.