Paytaxtın 14 məkanında martın 2-dən etibarən hər həftənin şənbə və bazar günləri, martın 16-dan 21-dək isə hər gün Novruz yarmarkaları keçirilir.
“Qafqazinfo” xəbər verir ki, Yasamal rayonunda da martın 2-dən Hüseyn Cavid prospektində, Azərbaycan Milli Elmlər Akademiyasının binasının qarşısındakı parkda Novruz yarmarkası açılıb. Yarmarkanın martın 22-dək fəaliyyət göstərməsi nəzərdə tutulur. Yarmarkaya kənd təsərrüfatı məhsulları əsasən Beyləqan, Masallı, Şamaxı rayonlarından gətililir, bundan başqa, Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi xətti ilə çıxarılır. 53 adda məhsul nəzərdə tutulduğu halda Yasamal yarmarkasında 80-dən çox məhsul satışa çıxarılır. Vətəndaşların tələbatı nəzərə alınaraq və onların məmnunluğunu təmin etmək məqsədi ilə gündəlik fəaliyyət göstərən Yarmarka martın 22-dək hər gün davam edəcək.
Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev açılış günü yarmarkanın fəaliyyəti ilə tanış olib. Fermerlərlə, satıcılarla söhbət edən Zeynal Nağdəliyev onlara yaradılan şəraitlə, satışa çıxarılan məhsulların qiymətləri ilə maraqlanıb.
Yarmarkada respublikamızın müxtəlif bölgələrindən olan fermerlər, istehsalçılar, ailə təsərrüfatları və digər sahibkarlar əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən xeyli, azı 20-30 faiz, bəzən daha ucuz qiymətlərlə təklif edirlər. Məhsulların keyfiyyətinə və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət olunur. Xüsusilə, yarmarkanın səliqə-səhmanı, təmizliyi, o cümlədən satıcıların alıcılarla rəftarı diqqət mərkəzində saxlanılır.
Yarmarkada satıcı və alıcıların rahatlığının təmin olunması üçün əlverişli ticarət mühiti yaradılıb. Bu səbəblərdən yarmarkada alıcı fəallığı çox yüksəkdir. Ona görə də başlanğıcda nəzərdə tutulduğundan gündən-günə daha çox məhsulun satışa çıxarılması zətrurəti yaranır.
.jpeg)
.jpeg)
Son xəbərlər
Son Xəbərlər