Yasamalda ölümlü qəza

yasamalda-olumlu-qeza
Oxunma sayı: 1612

Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza iyulun 30-da saat 23 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini M.Bəşirov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən paytaxt sakini Azər Məmmədovu vurub.

Nəticədə piyada hadisə yerində ölüb. 

Yasamal RPİ tərəfindən araşdırma aparılır.