Yasamalda şəhidlərimiz yad edildi

yasamalda-sehidlerimiz-yad-edildi
Oxunma sayı: 971

27 Sentyabr - Anım Günü Yasamal rayonunda geniş şəkildə qeyd edilib.

“Qafqazinfo” xəbər verir ki, Yasamal rayon ictimaiyyəti Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizi yad edib. Öncə ictimaiyyət nümayəndələri Anım Günü çərçivəsində Yasamal rayonunda ağacəkmə aksiyası keçiriblər.

Daha sonra şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq 2-ci Fəxri xiyabanda əsgər və zabit şəhidlərimizin məzarları ziyarət edilib.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkilləri, YAP Yasamal rayon təşkilatının rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Yasamal bələdiyyəsinin, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər. Burada şəhidlərin ruhuna dualar oxunub, məzarları önünə gül dəstələri qoyulub. Daha sonra saat 12:00-da ümumölkə aksiyası çərçivəsində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasim zamanı icra başçısı şəhid ailələrinin üzvləri il söhbət edib, onların qayğı və problemləri ilə maraqlanıb.

Daha sonra Yasamal rayonu ictiamiyyətinin nümayəndələri “Təzə Pir” məscidində ehsan mərasimində bir araya gəliblər.