Yasamalda səyyar görüş - Fotolar

yasamalda-seyyar-gorus
Oxunma sayı: 1536

Avqustun 15-də Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati dairəsinin ərazisində, 173 saylı tam orta məktəbin həyətində Nəriman Nərimanov prospektinin sakinləri ilə keçirib. 

“Qafqazinfo” xəbər verir ki, səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Ə.Əzizov xüsusilə Azərbaycan prezidentinin son aylarda imzaladığı fərman və sərəncamlar haqqında geniş məlumat verərək, minimum əməkhaqqının 250 manata çatdırılmasını, bütün mərkəzi və yerli dövlət orqanlarının və onlara bərabər tutulan orqanların, habelə güc strukturlarının, hərbi qulluqçuların, eləcə də digər büdcə təşkilatları işçilərinin əməkhaqlarının 40 faiz artırılmasının vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırlması istiqamətində aparılan islahatları sakinlərin diqqətinə çatdırıb.

İcra başçısı Yasamal rayonunda xüsusilə “Sovetski” deyilən ərazinin sökülərək yerində analoqu olmayan müasir tələblərə cavab verən parkın sakinlərin istifadəsinə verilməsinin şəhərimiz üçün böyük hadisə olduğunu bildirib.
Görüşdə vətəndaşları narahat edən əsas məsələlər növbəti söküntü işlərinin başlanması tarixi və konpensasiya məsələləri ilə bağlı olub. İcra başçısı sakinləri narahat edən problemlərlə bağlı ətraflı danışaraq xidmət rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verib.