Fevralın 28-də Yasamal rayonunda “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” adlı kitabın təqdimatı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin, Yasamal Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının əməkdaşlarının, şəhid ailələrinin, Vətən Müharibəsi qazilərinin, rayonun təhsil ictimaiyyətinin nümayəndələri və tələbə-müəllim heyəti iştiak edib.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova bildirib ki, ölkə başçısı İlham Əliyev tərəfindən yaradılan Azərbaycan dövlətinin iqtisadi-siyasi modeli özünü tam doğruldub. Bakı Şəhər İcra Hakimiyyəti və AMEA Tarix və Etnologiya İnstitutu ilə birgə hazırlanan 44 günlük Vətən müharibəsinə həsr edilən kitab Vətən müharibəsindən keçən dövr ərzində Azərbaycanda baş verən çox mühüm hadisələrə həsr edilib.
Akademik Zərifə Əliyeva adına liseyin müəllimi, “Zəfər tarixi” dərsliyinin müəllifi Pərviz Ağalarov kitabın əhəmiyyətini qeyd edərək bu nəşrin müharibə həqiqətlərinin və sonrakı dövrdə əldə edilən nailiyyətlərin təhlili və gələcək nəsillərə düzgün çatdırılmasının geniş təbliğində mühüm rol oynayacağını vurğulayıb.
Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək bildirdi ki, Prezident İlham Əliyevin zəngin dövlətçilik təcrübəsi, strateji baxışı, xalqla sıx münasibətləri və Qarabağ müharibəsindəki yüksək rəhbərlik bacarığı bu kitabın yaranmasında böyük bir ilham mənbəyi olub.
Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov qeyd edib ki, kitabda Prezidentin diplomatik və informasiya cəbhəsində, hərbi quruculuq sahəsində fəaliyyəti ətraflı işıqlandırılır, dövlət başçısının Azərbaycan xalqının birliyinin təmin edilməsində rolundan, onun Vətən Müharibəsi illərində milləti bir yumruq kimi birləşdirən xalqa müntəzəm müraciətlərindən bəhs edilir.
Tədbir kollecin tələbələrinin ifasında bədii hissə ilə davam edib, sonda xatirə şəkli çəkilib.
Son xəbərlər
Son Xəbərlər