Yasamalda Vətən müharibəsinin şəhidi yad olundu - Fotolar

yasamalda-veten-muharibesinin-sehidi-yad-olundu
Oxunma sayı: 1292

Bu gün Vətən müharibəsinin şəhidi Hüseyn Tağıyevin xatirəsi onun 2-ci Fəxri xiyabandakı məzarı önündə yad edilib.

“Qafqazinfo” xəbər verir ki, anım mərasmində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal RİH aparatının məsul əməkdaşları, şəhidin yaxınları, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib.

Hüseyn Tağıyev 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak edib və oktyabrın 5-də şəhidlik zirvəsinə ucalıb.

Tağıyev Hüseyn Oktay oğlu Azərbaycan Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı və “Füzulinin azad olunması uğrunda” medalı ilə təltif edilib.

Mərasimdə şəhidin şərəfli döyüş yolundan söz açılıb, şəhid anası Mətanət Tağıyeva diqqət və ğayğıya görə Ali Baş Komandan İlham Əliyevə təşəkkürünü bildirib.