Yasamalda vurulan piyada öldü

Yasamalda vurulan piyada öldü
Oxunma sayı: 1407

Yasamal rayonunun Moskva prospektində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza oktyabrın 19-da saat 23 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini F.Osmanov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən paytaxt sakini Məmməd Cavadovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi