Yasamalda yanğın, 41 nəfər təxliyə olundu

yasamalda-yangin-41-nefer-texliye-olundu
Oxunma sayı: 2810

Bakı şəhərinin Yasamal rayonunda yanğın olub. 

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, çoxmərtəbəli yaşayış binasının şaxtasından keçən elektrik naqilləri 27 p.m və pilləkən qəfəsində quraşdırılmış 50 ədəd elektrik sayğacı yanıb.

Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən mənzillərdən 33 nəfər, o cümlədən 8 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.