Yasamalda yaşayış binasında yanğın oldu

yasamalda-yasayis-binasinda-yangin-oldu
Oxunma sayı: 1618

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin eyvanında 3 m² sahədə ev əşyaları və 1 ədəd plastik qapı yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Qeyd olunub ki, yanğın FHN əməkadaşları tərəfindən söndürülüb.