Bakının Yasamal rayonunda yeni tikilən 16 mərtəbəli yaşayış binasında yanğın baş verib.
“Qafqazinfo” xəbər verir ki, binanın sakinləri təxliyyə olunub. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğının qarşısı alınıb.
Qeyd edək ki, yanğının binanın birinci mərtəbəsindəki naqillərdə baş verən qısaqapanmadan yarandığı ehtimal olunur.
***
FHN yanğınla bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 30 ədəd elektrik sayğacı və 10 p.m kabel yanıb. Yanğın zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzillər və digər elektrik sayğacları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Son xəbərlər
Son Xəbərlər