Yasamalda yeni futbol meydançası istifadəyə verilib - Foto

yasamalda-yeni-futbol-meydancasi-istifadeye-verilib
Oxunma sayı: 2390

Paytaxtın Yasamal rayonu ərazisində rayon İcra Hakimiyyəti, Azərbaycan Futbol Federasiyaları Assosiyasiyası (AFFA) və Yasamal bələdiyyəsi tərəfindən birgə inşa olunmuş yeni süni örtüklü meydança sakinlərin istifadəsinə verilib.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Milli Məclisin deputatı Elnur Allahverdiyev, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər. Açılış mərasimində çıxış edən Elşad Həsənov qeyd edib ki, “5 mərtəbə” kimi tanınan ərazidə yeni meydançanın istifadəyə verilməsi yerli sakinlərin asudə vaxtını səmərəli keçirmələri üçün imkan yaradacaq. Həmçinin qeyd olunub ki, Azərbaycan futbolunun əfsanəsi, tanınmış hakim Tofiq Bəhramov vaxtilə bu binada yaşayıb.

Daha sonra açılışda iştirak edən uşaqlar və rəsmilərin iştirakı ilə futbol oyunu keçirilib. Qarşılaşmaya tanınmış incəsənət xadimi Bəhram Bağırzadə hakimlik edib.