Yasamaldakı apteklərdən uşaq yeməkləri oğurlandı

yasamaldaki-apteklerden-usaq-yemekleri-ogurlandi
Oxunma sayı: 967

Bakıda apteklərdən uşaq yeməkləri oğurlanıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə mayın 12-də paytaxtın Yasamal rayonundakı bir neçə aptekdə qeydə alınıb. Aptekə daxil olan şəxs əczaçının digər müştəri ilə alış-veriş edərkən başının qarışmasından istifadə edərək uşaq yeməyini götürüb və gizlədib. Daha sonra aptekdən çıxaraq gedib. 

Hazırda hüquq-mühafizə orqanları oğurluqları törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin axtarışlarını davam etdirir.

Murad Əhməd