Yasamaldakı binada yanğın söndürüldü

Yasamaldakı binada yanğın söndürüldü
Oxunma sayı: 2594

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 13-14-cü mərtəbələr arasında elektrik kabellərində yanğın baş verməsi barədə məlumat daxil olub.

“Qafqazinfo”  xəbər verir kiI, hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyyə edilib.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

***

FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, artıq yanğın söndürülüb. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi