Yasamaldakı qəzada ölən şəxs polis zabiti imiş

yasamaldaki-qezada-olen-sexs-polis-zabiti-imis
Oxunma sayı: 6307

Dünən Bakıda “Chevrolet Niva” markalı avtomobilin qəzaya düşməsi nəticəsində 34 yaşlı sürücünün vəfat etməsi barədə xəbər vermişdik.

“Qafqazinfo”nun məlumatına görə, ölən şəxs polis zabiti imiş. Belə ki, sürücünün Sumqayıt şəhər Polis İdarəsinin əməliyyatçısı, polis kapitanı Quliyev Vasif Qulu oğlu olması məlum olub. O, mayın 3-dən 4-nə keçən gecə idarə etdiyi 90 PT 974 dövlət qeydiyyat nişanlı avtomobillə idarəetməni itirərək beton maneəyə çırpılıb. Nəticədə ağır xəsarət alan V. Quliyev hadisə yerində dünyasını dəyişib.

Xəbəri rus dilində oxuyun: В аварии погиб сотрудник полиции

Мать бросила малышей у дверей приюта и сбежала

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.