Yasamaldan qaçırılan maşın Qaradağda tapıldı

yasamaldan-qacirilan-masin-qaradagda-tapildi
Oxunma sayı: 808

Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini S.Mustafayev mayın 28-də L.İmanov küçəsindən “Daewoo” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini R.Əzimov Qaradağ RPİ 11-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.