Bu gün Yasamal rayon İcra Hakimiyyətinin kollektivi Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən qanvermə aksiyasına qoşulub.
“Qafqazinfo” xəbər verir ki, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov başda olmaqla İcra Hakimiyyəti Aparatının onlarla əməkdaşı bu nəcib aksiyada iştirak edib.
İrsi və qan xəstəliyi olan insanlara kömək etmək məqsədilə Yasamal rayon İcra Hakimiyyətinin kollektivi Bakıdakı Hematologiya və Qanköçürmə Elmi Tədqiqat İnstitutuna gələrək növbə ilə qan veriblər.
İnstitutun həkim briqadası kampaniyaya qoşulanları lazımi müayinədən keçirdikdən sonra qanvermə aksiyası həyata keçirilib.
Son xəbərlər
Son Xəbərlər