Yasamalın yeni başçısı sakinlərlə ilk görüşünü keçirdi - Fotolar

yasamalin-yeni-bascisi-sakinlerle-ilk-gorusunu-kecirdi
Oxunma sayı: 3460

Noyabrın 12-də Prezident İlham Əliyevin sərəncamı ilə Yasamal rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən sonra Elşad Həsənovun noyabrın 14-də sakinlərlə ilk səyyar qəbul-görüşünü keçirib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri və 400 nəfərədək rayon sakini iştirak edib.

E.Həsənov prezidentin ötən il keçirilmiş seçkilərdən dərhal sonra bəyan etdiyi çağırışlara uyğun olaraq imzaladığı fərman və sərəncamlar haqqında geniş məlumat verərək vətəndaşların rifahının yaxşılaşdırlması istiqamətində aparılan iqtisadi və sosial islahatları, onların əhəmiyyətini sakinlərin diqqətinə çatdırdı. E.Həsənov Prezident İlham Əliyevin yeni təyin olunmuş İcra Hakimiyyəti başçılarını qəbul edərkən verdiyi tapşırıq və tövsiyyələrin tam həcmdə və yüksək keyfiyyətlə icra olunacağını, Yasamal rayonunda abadlıq-quruculuq, yenidənqurma işlərinin və əsaslı sosial infrastruktur layihələrin icrasının bundan sonra da davam etdiriləciyini bildirdi.

Çıxış edən rayon sakinləri onları narahat edən suallarla bağlı Yasamal rayon İcra Hakimiyyətinin başçısına müraciətlər edib.

Yeni başçı sakinlərin çoxsaylı müraciətlərini, təklif və iradlarını dinlədikdən sonra bu müraciətlərin rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində olanlarının həlli istiqamətində tədbirlərin həyata keçiriləcəyini, digər müraciətlərin onlara baxılmasının təmin olunması məqsədi ilə aidiyyəti üzrə istiqamətləndiriləcəyini bildirdi. Eyni zamanda xeyli müddət əvvəl yaranan və indiyədək aradan qaldırılmadığına görə mövcud olan problemlərin vaxtında və tam şəkildə həlli üçün Yasamal rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara hər bir köməklilklərin göstəriləcəyini bildirərək sakinləri narahat edən cari problemlərin müsbət həllini təmin etmək məqsədi ilə xidmət sahələrinin rəhbərlərinə yerində müvafiq tapşırıqlarını verib.