“Yaşamaq istəmirəm”- - İntihara cəhd edən məktəbli

yasamaq-istemirem-
Oxunma sayı: 2296


Bu barədə məlumatı APA-ya 3 saylı şəhər xəstəxanasının həkimi İlham Qəmbərov verib. Onun sözlərinə görə, həkimlərin israrlarına baxmayaraq, 11-ci sinif şagirdi olan İsmayıl Əhmədovun valideynləri övladlarının xəstəxanada qalmasını istəməyiblər. Həkim bildirib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Ximətinin xilasedicilərinin xilas etdiyi 17 yaşlı yeniyetmə xəstxanaya orta ağır vəziyyətdə daxil olub. Ona qarının küt zədəsi və çoxsaylı qəlpəli sınıqlar diaqnozu qoyulub.

İntihara cəhdlə bağlı bəzi təfərrüatlar da dəqiqləşib. Məlum olub ki, İsmayıl Əhmədov Bakının Sulutəpə qəsəbəsində yaşayır. Onun Babək prospektində intihara cəhd etməsi sırf təsadüf olub. Yeniyetmə xilas edildikdən sonra bildirib ki, Babək prospekti-94 ünvanında özünü atmaq üçün yer axtararkən 5-ci mərtəbədə hələ təmiri bitməmiş mənzil tapıb. O, həmin mənzilin eyvanından özünü atsa da, 2-ci mərtəbəyə düşüb. Yaxınlıqdakı vətəndaşlar yaralanan İsmayıl Əhmədovu düşdüyü yerdən çıxara bilməyiblər və FHN-nin "Qaynar xətt" xidmətinə müraciət ediblər.

İsmayıl  Əhmədov Nərimanov rayonunda yerləşən 34 saylı məktəbin 11-ci sinif şagirdi olsa da, bu tədris ilində dərslərə ümumiyyətlə getmədiyini bildirib. O, intihara cəhdinin səbəbini də izah edə bilməyib və yalnız "Probelmlərim var, yaşamaq istəmirəm" deyib.