“Yaşanan hadisədən əvvəl ayrılmışıq” - Aslı sükutu pozdu

yasanan-hadiseden-evvel-ayrilmisiq
Oxunma sayı: 811

Murad Boz ilə yollarını ayıran Aslı Enver sükutu pozub. “Qafqazinfo” xəbər verir ki, aktrisa ayrıldıqdan sonra ilk dəfə mövzu ilə bağlı açıqlama verib.

Tıxacda görüntülənən Aslı müxbirlərin təkidlə verdiyi suallara cavab verib.

 “Biz ayrıldıq, amma aramızda dava, döyüş yoxdur. Yaşanan hadisədən əvvəl ayrılmışıq. Vəziyyətim çox yaxşıdır” - deyə aktrisa bildirib.

Xatırladaq ki, cütlük ötən ilin yanvar ayından etibarən sevgili olduqlarını elan etmişdilər.

Mediada cütlüyün ayrılma səbəbi kimi Murat Bozun Bahar-Nihal Candan bacıları ilə bir arada görüntülənməsi göstərilir.