“Yaşar Aydəmirovun əmisi oğluyam” deyib 14 min pul aldı

yasar-aydemirovun-emisi-ogluyam-deyib-14-min-pul-aldi
Oxunma sayı: 4011

Ehtiyatda olan general-leytenant, sabiq birlik komandiri Yaşar Aydəmirovun qohumu onun adından istifadə edərək dələduzluq edib.

“Qafqazinfo” xəbər verir ki, David Aydəmirov adlı şəxs Yaşar Aydəmirovun əmisi oğlu olduğunu deməklə 2 nəfəri aldadaraq pullarını alıb. O vəd verib ki, guya tanışlıq əlaqələri sayəsində onları Fövqəladə Hallar Nazirliyində işə düzəldəcək. Bununla da, həmin şəxslərin ümumilikdə 14 050 manatını ələ keçirib. Daha sonra məlum olub ki, o, generalın əmisi oğlu yox, çox uzaq bir qohumudur.

Xəbəri rus dilində oxuyun: Назвавшись двоюродным братом Яшара Айдамирова, он присвоил 14 000 манатов

Qusar Rayon Prokurorluğunda başlanılan cinayət işinin istintaqı tamamlandıqdan sonra D.Aydəmirov Sumqayıt Ağır Cinayətlər Məhkəməsində mühakimə olunub. Məhkəmə ona 5 il 6 ay müddətinə həbs cəzası verib. David Aydəmirov məhkəmə dövründə vurduğu ziyanı ödəyib.

Qeyd edək ki, Yaşar Aydəmirov vaxtilə II ordu korpusunun komandiri olub. Daha sonra Silahlı Qüvvələrin Baş Qərargahının Təşkilat-Səfərbərlik İdarəsinin rəisi işləyib. 2002-ci ildə general-leytenant rütbəsi alıb. 2014-cü ildə ehtiyata buraxılıb.

Həmçinin oxuyun: Keçmiş arvadını başqa kişi ilə gördü, gecə qapını sındırıb evə girdi - Təfərrüat

Amin Nəzərli