Yaşar beynəlxalq festivalda 3-cü oldu- - Foto

yasar-beynelxalq-festivalda-3-cu-oldu-
Oxunma sayı: 825


"Qafqazinfo"nun məlumatına görə, gənc müğənni Qırğızıstanda keçirilən “Meykin Asiya” beynəlxalq mahnı festivalında 3-cü yerə layiq görülməsindən danışıb:

"Festivalın münsiflərindən biri olan Roza xanım mənə yarışmada iştirak etməyi təklif etdi.  Prodüserim Cavid Güllə məsləhətləşdim və müsabiqəyə qatılmağa qərar verdim. Yarışmada öz repertuarıma daxil olan "Yanındayam" mahnısı ilə yanaşı, "Sarı gəlin"i də ifa etdim. 

Rəqiblərim güclü idi. Lakin buna baxmayaraq münsiflər mənim performansımı çox bəyəndilər. Ölkəmiz yarışmaya ilk dəfə qatılsa da, uğurlu çıxış edərək 3-cü yerə layiq görüldüm. Yarışdan sonra bir neçə müsabiqəyə dəvət almışam, bu haqda düşünürəm".

Zərgərli festival zamanı Yaşar Yusuba güzəşt etmədiyini qeyd edib:

"Müsabiqədə güclü iştirakçılar var idi. Hər münsif öz ölkəsindən olan ifaçıya 20, mən isə 19 bal verdim. Yaşar mənim istəyimlə 3-cü yerə layiq görülməyib. Təbii ki, Yaşarın birinci olmasını istəyirdim, amma ayrıseçkilik etmədim. Çox sevinirəm ki, müsabiqəyə apardığım ifaçı üçlükdə yer alıb. Yaşar mayda Azərbaycanda keçiriləcək məşhur yarışmaların birində iştirak edəcək. Bu haqda dekabrda geniş məlumat verəcəm".

Könül

“Qafqazinfo”