Yaşar Güler Azərbaycana gəldi

yasar-guler-azerbaycana-geldi
Oxunma sayı: 2927

Sentyabrın 5-də Türkiyənin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler ölkəmizə səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, işgüzar səfər çərçivəsində ordu generalı Y.Gülerin Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2022” dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisini ziyarət etməsi və  bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.