Yaşar Nurinin qızı klipə çəkildi - Fotolar

yasar-nurinin-qizi-klipe-cekildi-fotolar-
Oxunma sayı: 887

“Qafqazinfo”nun məlumatına görə, şəhər restoranlarının birində baş tutan təqdimatda Muradın yaradıcı uğuruna sevinlər arasında KİV nümayəndələri ilə yanaşı, sənət dostları da olub.

Tədbirə gələnlərin sırasında xalq artistləri Flora Kərimova, Məleykə Əsədova, müğənnilər Ayan Babakişiyeva, Nadir Qafarzadə, Samira Allahverdi, Günay İbrahimli, Elnur Məmmədov, Zarina Məmmədova, Leyla Ramazanlı, prodüserlər Sayqa Cahid, Təranə Səmədova da olub.

Onu da deyək ki, klipin ekran işinin rejissoru Ramil Ağasıyev, operatoru “Delee” təxəllüslü Caviddir.

Muradın sevgisini izhar etdiyi qız obrazını isə Azərbaycanın xalq artisti, mərhum sənətkar Yaşar Nurinin qızı Ülkər Nuriyeva canladırıb.