Yaşar Yusub: “Sən deyilsən”- - Fotolar

yasar-yusub-sen-deyilsen-
Oxunma sayı: 2124


“Qafqazinfo”nun məlumatına görə, müğənni mətbuat nümayəndələri və şou əhlini başına toplayaraq söz və musiqisi Tural Bayraməliyevə məxsus olan bəstəyə çəkilən klipi nümayiş etdirib. Klipə müğənni Leyla Ramazanlının bacısı, rejissor Xavər ekran həyatı verib. " Çəkilişlər Qobustanda baş tutdu. Klip çətin şəraitdə çəkildi, hava soyuq idi. Təqdimat etmək istəmirdim. , dostum Şahin Cavadsoy təklif etdi ki, bu dəfə medianın qarşısına çıxım. Bu ilk media nümayəndələri ilə görüşümdür. Burada məni tək qoymayan sənət dostlarıma da təşəkkür edirəm-, deyə müğənni bildirib. 

Təqdimat mərasimə ifaçının sənət dostları Leyla Ramazanlı, Emil Bədəlov, Sevil Sevinc bacıları, Ayaz Qasımov, Vüsal Hacıyev, prodüser Təranə Səmədova və digərləri qatılıb.

Könül