“Qafqazinfo”nun məlumatına görə, Vüqar Həşimov 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub.
Vüqar Həşimov şahmat karyerası ərzində 2002, 2004, 2006 və 2008-ci illərin Şahmat Olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış edib. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olmuş, hətta, həmin il Vüqar Həşimov FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşmışdı.
Vüqar Həşimov bu il yanvar ayının 11-də erkən yaşından beyin xərçəngindən müalicə olunduğu Almaniya klinikasında vəfat edib.