“YAŞAT”a daxil olan vəsaitin 61 milyondan çoxu qazi və şəhid ailələri üçün xərclənib

yasata-daxil-olan-vesaitin-61-milyondan-coxu-qazi-ve-sehid-aileleri-ucun-xerclenib
Oxunma sayı: 678

Bu günə qədər “YAŞAT” Fonduna daxil olan vəsaitdən 61 114 757.86 manatdan çoxu xərclənib.

“Qafqazinfo” xəbər  verir ki, bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun fəaliyyətinə dair hesabat xarakterli təqdimatla çıxış edərkən bildirib.

O qeyd edib ki, Fondun bütün valyutalarda olan hesablarına ümumilikdə bu günə qədər 73 781 435,79 manat vəsait daxil olub: “Hazırda 12 milyon manatdan çoxu Fondun balansında qalıb. Xərclənən vəsaitdən 36 892 200.00 manatı məişət şəraitinin yaxşılaşdırılması istiqamətinə, 546 346.40 manatı təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafına, 6 336 540.51 manatı istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanmasına, 17 339 670.95 manatı isə müalicə və psixoloji dəstək xərclərinin ödənilməsinə sərf olunub”.

Eldar Tanrıverdi