Yaşayış binasında yanğın - 1 nəfər yaralandı, 2-si zəhərləndi

yasayis-binasinda-yangin-
Oxunma sayı: 947

Sumqayıtda yaşayış binasında yanğın olub.

Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, yanğın nəticəsində dördmərtəbəli binanın 2-ci mərtəbəsinin dəhlizində quraşdırılmış elektrik lövhəsində 3 ədəd qoruyucu açar və 2 p.m kabel yanıb. Yanğın zamanı 1 nəfər bədən xəsarəti, 2 nəfər isə tüstüdən zəhərlənmiş halda aidiyyəti üzrə təhvil verilib.

Həmçinin 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.