Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, hadisə nəticəsində binanın 12-ci mərtəbəsində ümumi sahəsi 120 kvadratmetr olan 3 otaqlı mənzilin bir otağı əşyaları ilə birlikdə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub, alov yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər