Yaşayış binasında yanğın olub, bir nəfər zəhərlənib

yasayis-binasinda-yangin-olub-bir-nefer-zeherlenib
Oxunma sayı: 1918

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub. 

“Qafqazinfo” Fövqəladə hallar Nazirliyinə istinadən xəbər verir ki, Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin 1 otağında plastikdən ibarət pəncərə çərçivəsi və ev əşyaları 2 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.