Yaşayış binasındakı yanğında 7 nəfər təxliyyə edildi

yasayis-binasindaki-yanginda-7-nefer-texliyye-edildi
Oxunma sayı: 829

Gəncədə yaşayış binası yanıb.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, şəhərin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının ümumi sahəsi 1500 kv.m olan dam örtüyünün yanar konstruksiyaları 250 kv.m sahədə yanıb.

Yanğın zamanı 7 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub.

Dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.