Yaşayış evində partlayış olub - Xəsarət alan var

yasayis-evinde-partlayis-olub
Oxunma sayı: 33585

Samux rayon Qədili kəndində yaşayış evində partlayış olub.

“Qafqazinfo”nun verdiyi məlumata görə, Samuxda yaşayış evindı qaz sızmasından yaranan partlayış baş verib.

Nəticədə ev sahibi, 1968-ci il təvəllüdlü Əliyev Tofiq ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hazırda ona tibbi yardım göstərilir.

Məlumata görə partlayışdan sonra evdə yanğın baş verib.

Samux Yanğından Mühafizə hissəsinin 2 yanğın söndürən avtomobili və canlı qüvvəsi hadisə yerinə cəlb edilib.