Gəncədə yaşayış evində partlayış olub.
“Qafqazinfo”nun xəbərinə görə şəhər sakini 49 yaşlı Sevil Əliyeva yaşadığı evin hamam otağında suqızdırıcını yandıran zaman partlayış baş verib.
Yanıq xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Elmar Əli
Son xəbərlər
Son Xəbərlər