ABŞ-ın Çikaqo şəhərində yaşayış evi yanıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yanğın nəticəsində 8 nəfər ölüb. Onlardan 6-sı uşaqdır. Daha 2 uşaq yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, yanğın üçmərtəbəli evdə baş verib. Hadisənin səbəbləri araşdırılır.
Son xəbərlər
Son Xəbərlər