Yaşayış yeri olmayanlarla bağlı qaynar xətt yaradılır

yasayis-yeri-olmayanlarla-bagli-qaynar-xett-yaradilir
Oxunma sayı: 1478

“Yaşayış yeri olmayan şəxslərin sığınacağa yerləşdirilməsi üçün xüsusi qaynar xətt yaradılacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri Vüqar Behbudov bildirib. 

O qeyd edib ki, yaxın vaxtlarda həmin qaynar xətt istifadəyə veriləcək: “Buna xüsusən qış dövründə ehtiyac yaranır. İstənilən şəxs bu qaynar xəttə hansısa vətəndaş barədə müraciət edə bilər. Biz dərhal həmin şəxsi müəssisəyə yerləşdirə bilərik”.

Gülnar Əliyeva