Yasda aktyorun pulu oğurlandı

yasda-aktyorun-pulu-ogurlandi
Oxunma sayı: 2067

Dünən məşhur aktyor Tarık Ünlüoğlunun dəfn mərasimində oğurluq hadisəsi baş verib. “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki,  cənazədə iştirak edən aktyor-aparıcı Selçuk Yöntemin pulu oğurlanıb.

Cibindən 1500 lirasının (447 AZN) yoxa çıxdığını anlayan aktyor hüquq-mühafizə orqanlarına müraciət edib.

Qeyd edək ki, daha əvvəl aktrisa Ayşən Qrudanın yas mərasimində aktyor Nuri Alçonun cibindən 5 min TL (1493 AZN)  miqdarında pul oğurlanmışdı.