Yasda ehsan verməyib 3 küçəni təmir etdilər - Foto

Yasda ehsan verməyib 3 küçəni təmir etdilər
Oxunma sayı: 4350

Bu günlərdə Şəmkirin Dəllər Cəyir kəndində vəfat edən Məmmədov Zöhrab Yaqub oğlunun yaxınları mərhumun ehsanın əvəzinə, kənd sakinləri üçün xeyriyyə işləri həyata keçiriblər.

“Qafqazinfo” xəbər verir ki, Dəllər Cəyir kənd İƏD-si üzrə nümayəndəliyinin təşkilatçılığı ilə kəndin mərkəzi küçəsi və mərkəzi küçənin ətrafında iki küçə qum-çınqıl tökülərək təmir edilib, kənd sakinlərinin istifadəsinə verilib.

Şəmkir Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, kənd sakinləri Şəmkir rayonunda belə bir təşəbbüs irəli çəkdiyi üçün rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi