Yaşı 100-ü keçən daha bir xəstə koronavirusdan sağaldı

yasi-100-u-kecen-daha-bir-xeste-koronavirusdan-sagaldi
Oxunma sayı: 1536

İranın Qum şəhərində "Covid-19" xəstəliyinə tutulan 106 yaşlı pasiyentin 14 günlük müalicədən sonra tamamilə sağaldığı bildirilib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Qum Tibb Elmlər Universiteti açıqlama verib. Qum şəhərinin Fərqani xəstəxanasında müalicə alan 106 yaşlı koronavirus pasiyenti xəstəlikdən sağalaraq evə buraxılıb.

Onun bu günə qədər koronavirusdan sağalan hələ ki ən yaşlı pasiyent olduğu güman edilir.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın Oreqon ştatından olan 104 yaşlı Uilyam Lapsçis koronavirusdan sağalan ən yaşlı pasiyent olaraq qeydə alınmışdı.